Olimpiada-2012: Çempion qızıl medalından məhrum edildi
13 avqust 2012 17:01 (UTC +04:00)

Olimpiada-2012: Çempion qızıl medalından məhrum edildi

Lent.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (İOC) 32 yaşlı idmançının orqanizmindən metenolonun tapıldığını xəbər verib.

Bu maddə 2012-ci ildən istifadəsi qadağan olunmuş dərmanlar sırasına daxil edilib. İOC-un qərarı ilə Ostapçukun qızıl medalı ikinci yeri tutmuş yeni zelandiyalı Valeriya Adamsa verilib. Rusiyalı Yevgeniya Kolodko gümüş, çinli Lijiao Qonq bürünc medala layiq görülüb.

Bununla da Belarus 2 qızıl, 5 gümüş, 5 bürünc medalla ümumi sıralamada 27-ci pilləyə enib. Yeni Zelandiya 6 qızıl, 3 gümüş, 5 bürünc medalla 15-ci pilləyə yüksəlib. Rusiya 24 qızıl, 26 gümüş, 33 bürünc medalla 4-cü, Çin 38 qızıl, 27 gümüş, 23 bürünc medalla 2-ci pillədə qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6382

Oxşar yazılar