“Neftçi” – APOEL matçının başlama saatı açıqlandı
“Neftçi” klubunun futbol üzrə Avropa Liqasının “pley-off” mərhələsində Kipr APOEL-i ilə evdə keçirəcəyi oyunun stadionu dəyişməyib. Bu haqda Lent.az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, klub rəhbərliyi Kipr təmsilçisini də “Dalğa Arena”da qəbul etməyi məqsədəuyğun sayıb: “Əgər “pley-off”da İtaliya “İnter”i və ya İngiltərə “Nyukasl”ı bizə rəqib olsaydı, ev oyunumuzu başqa stadionlarımızda keçirmək üzərində düşünərdik. Amma hesab etdik ki, APOEL-i “Dalğa Arena”da da qəbul etmək olar”.
“Neftçi” APOEL-lə ilk oyununu avqustun 23-də keçirəcək. Abbaszadə matçın başlama saatının da dəyişmədiyini söyləyib. Yəni, qarşılaşmanın start fiti saat 21:00-da çalınacaq.
Qeyd edək ki, cavab görüşü avqustun 30-da Nikosiya şəhərindəki 23 minədək tamaşaçı tutumuna malik GSP stadionunda keçiriləcək.
Elşən MƏMMƏDOV

2916