Olimpiya çempionu narkotik alverçisi çıxdı
13 avqust 2012 14:47 (UTC +04:00)

Olimpiya çempionu narkotik alverçisi çıxdı

Boks üzrə superağır çəkidə (+91 kq) 2012-ci il London Yay Olimpiya Oyunlarını qızıl medalla başa vuran böyük britaniyalı Entoni Coşuanın bir il öncə narkotik maddə ticarəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunduğu üzə çıxıb. Lent.az-ın “İndependent”ə istinadən verdiyi məlumata görə, Coşua olimpiadanın son günündə italiyalı Roberto Kammarelleni finalda məğlubiyyətə uğradıb.

O, ötən ilin martında həşişi qanunsuz saxlama və satışı ittihamı ilə tutulub. Gənc idmançını həbs cəzası gözləsə də, məhkəmə 1 il şərti həbs və 100 saat ictimai iş kəsib. Bundan sonra Coşua 2011-ci il sentyabrın 25-dən oktyabrın 8-dək Bakıda keçirilmiş dünya çempionatına qatılıb. O, finalda azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidova uduzaraq, gümüş medal qazanıb. Londonda isə Məcidov bürünc medal qazandığı halda, Coşua olimpiya çempionu olub.

Britaniyalı boksçu həbsdən sonra həyatında çox şeyin dəyişdiyini bildirib: “Əvvəllər digər gənclər kimi idim. Mənim üçün necə lazımdır geyinmək, habelə, döyüşmək və qızlar vacib idi. O qədər də yaxşı olmayan insanlar sırasına aid idim. Lakin həbsim çox şeyi dəyişdi. Həbs məni böyüməyə və öz səlahiyyətlərimə diqqətlə yanaşmağa vadar etdi”.

Qeyd edək ki, Entoni Coşua London olimpiadasının finalında italiyalı Roberto Kammarelleni məğlubiyyətə uğradıb. Kammarelle yarımfinalda məhz Məhəmmədrəsul Məcidovu yenib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4362

Oxşar yazılar