“Fənərbağça” qapıçısını da, Superkuboku da itirdi - FOTO
13 avqust 2012 12:28 (UTC +04:00)

“Fənərbağça” qapıçısını da, Superkuboku da itirdi - FOTO

Lent.az-ın məlumatına görə, 31 yaşlı qolkiper Türkiyə Superkuboku uğrunda “Qalatasaray”la görüşün 15-ci dəqiqəsində zədələnib.

15-ci dəqiqədə o, Əmrə Çolakın yerlə ötürdüyü topa müdaxilə etmək istərkən, xəsarət alıb. Meydanı xərəkdə tərk edən Dəmirəli Məkrt Günok əvəzləyib. Tibbi müayinə nəticəsində Volkanın çiyninin çıxdığı müəyyənləşib. Zədəli qapıçı Ərzurum xəstəxanalarından birində ilkin müalicə aldıqdan sonra stadiona qayıdıb.

Qeyd edək ki, Ərzurumdakı “Kazım Karabəkir” stadionunda keçirilmiş görüş “Qalatasaray”ın qələbəsi ilə yekunlaşıb – 3:2. Hesabı 19-cu dəqiqədə Umut Bulut açıb. İlk yarının sonuna əlavə olunmuş 2-ci dəqiqədə Aleks de Souza bərabərlik qolunu vurub. 58-ci dəqiqədə Bulut “dubl” edib. 65-ci dəqiqədə Dirk Kuyt yenidən bərabərlik qolunu vurub. Qol epizodunda Kristian Baroninin əllə oynadığını hakimə bildirən “Qalatasaray”ın futbolçusu Engin Baytar ikinci sarı vərəqənin ardından qovulub. Azlıqda qalmasına baxmayaraq, qələbə topunu vura bilib. 90-cı dəqiqədə Umut Bulut Caner Erkinin müdaxiləsindən sonra yerə yıxılıb. Baş hakim Cüneyt Çakırın təyin etdiyi penaltini Səlçuk İnan dəqiq yerinə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2793

Oxşar yazılar