Vaqif Cavadovun 70 günü çatmadı
13 avqust 2012 12:15 (UTC +04:00)

Vaqif Cavadovun 70 günü çatmadı

0
AFFA İntizam Komitəsinin Vaqif Cavadovun Azərbaycan milli komandasının heyətindən 1 il müddətinə kənarlaşdırılması ilə bağlı qərarı ləğv olunub. Lent.az-ın məlumatına görə, qərar icra müddətinin yekununa 70 gün qalmış qüvvədən düşüb.

Cavadov avqustun 9-da yığmamızın baş məşqçisi Berti Foqtsla görüşərək tutduğu hərəkətə görə məyus olduğunu bildirib, ondan və komanda yoldaşlarından üzr istəyib. Ertəsi gün millinin baş administratorunun müraciətinə əsasən futbolçuya verilən cəza ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1765

Oxşar yazılar