Azərbaycanın 26 medalı, 6 olimpiya çempionu - STATİSTİKA
Lent.az-ın məlumatına görə, bu dəfə 10 medal güləş, boks və ağırlıqqaldırma növlərində əldə edilib.
Bu medalların əhəmiyyətli hissəsinə güləşçilərimiz sahib olublar. Həm 2 qızıl, həm də 2 gümüş medala məhz pəhləvanlarımız yiyələnib. Bürünc medallardan daha 3-ü güləşçilərimizin aktivinə yazılıb. Boksçularımız 2 bürünc medal əldə etdiyi halda, daha 1 bürünc medal ağırlıqqaldıranımıza qismət olub.
Müstəqil ölkə kimi qatıldığımız 5 olimpiadanın hamısında güləşçilərimiz müxtəlif əyarlı medallara sahib olublar. Yalnız ilk olimpiada istisna olmaqla, sonrakı 4-dən boksçularımız medalsız qayıtmayıb. Lakin onların medalının əyarı yalnız bürünc olub. Ardıcıl 2 olimpiadada atıcılıq növündə qızıl və bürünc medallar qazanılıb. Cüdoçularımız yalnız Pekində qızıl və bürünc medal əldə ediblər. Londonda isə ilk dəfə ağırlıqqaldırma növündə bürünc medal qazanılıb.
Beləliklə, Azərbaycanın olimpiadalarda üst-üstə 5 növ - güləş, boks, atıcılıq, cüdo və ağırlıqqaldırma üzrə 26 medalçısı var. Onlardan 6-sı olimpiya çempionu, 5-i olimpiya vitse-çempionu, 15-i isə bürünc mükafatçıdır.
Atlanta-1996
Gümüş: Güləş (sərbəst) – Namiq Abdullayev (52 kq)
Sidney-2000
Qızıl: Güləş (sərbəst) – Namiq Abdullayev
Qızıl: Atıcılıq (stend) – Zemfira Mehtahəddinova
Bürünc: Boks – Vüqar Ələkbərov
Afina-2004
Qızıl: Güləş (yunan-Roma) – Fərid Mansurov
Bürünc: Atıcılıq (güllə) – İradə Aşumova
Bürünc: Atıcılıq (stend) – Zemfira Mehtahəddinova
Bürünc: Boks – Ağası Məmmədov
Bürünc: Boks – Fuad Aslanov
Pekin-2008
Qızıl: Cüdo – Elnur Məmmədli
Gümüş: Güləş (yunan-Roma) – Rövşən Bayramov
Gümüş: Güləş (yunan-Roma) – Vitali Rəhimov
Bürünc: Cüdo – Mövlud Mirəliyev
Bürünc: Güləş (qadın güləşi) – Mariya Stadnik
Bürünc: Güləş (sərbəst güləş) – Xetaq Qazyumov
Bürünc: Boks – Şahin İmranov
London-2012
Qızıl: Güləş (sərbəst) – Toğrul Əsgərov
Qızıl: Güləş (sərbəst) – Şərif Şərifov

Gümüş: Güləş (qadın güləşi) – Mariya Stadnik
Bürünc: Güləş (yunan-Roma) – Emin Əhmədov
Bürünc: Güləş (qadın güləşi) – Yuliya Ratkeviç

Bürünc: Boks – Teymur Məmmədov
Bürünc: Boks – Məhəmmədrəsul Məcidov
Bürünc: ağırlıqqaldırma – Valentin Xristov.

Oxşar yazılar

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39