Olimpiada-2012: Azərbaycan 10 medalla başa vurdu!
12 avqust 2012 18:54 (UTC +04:00)

Olimpiada-2012: Azərbaycan 10 medalla başa vurdu!

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş, 6 bürünc medalla başa vurub. Lent.az-ın məlumatına görə, sonuncu medalı ölkəmizə sərbəst güləşçi Xetaq Qazyumov qazandırıb.

96 kq çəki dərəcəsində yer alan 29 yaşlı pəhləvan bürünc medala sahib olub. 3-cü yer uğrunda o, iranlı Məhəmməd Əli Reza Yazdani qarşılaşmalı olsa da, rəqibi zədə üzündən görüşə çıxmayıb. Bununla da Qazyumov ardıcıl 2 olimpiadanı bürünc medalla tərk edib.

Qeyd edək ki, Azərbaycan London Yay Olimpiya Oyunlarında tarixi uğura imza atıb. Müstəqil ölkə kimi çıxış etdiyi 5-ci olimpiadada ölkəmiz rekord sayda – 10 medala yiyələnib. Əvvəlki olimpiadalarda - Atlanta-1996-da 1 (gümüş), Sidney-2000-də 3 (2 qızıl, 1 bürünc), Afina-2004-də 5 (1 qızıl, 4 bürünc), Pekin-2008-də 7 (1 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanılıb. Londonda isə qızıl medal sayında Sidneydəki nailiyyəti təkrarlayan olimpiyaçılarımız ümumi medal sayında isə son olimpiadadakından 3 medal artığına nail olub. Bu nəticə ilə ölkəmiz hazırda Polşa ilə 29-cu yeri bölüşdürür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6410

Oxşar yazılar