“Bir ildi məşqlərə ara vermirdim”-AÇIQLAMA
“Bütün rəqiblərim barədə lazımı məlumat toplamışdım”. Bunu apasport.az saytına olimpiya çempionu Şərif Şərifov deyib.
XXX Yay Olimpiya Oyunlarının qızıl mükafatına sahib çıxan güləşçimiz bildirib ki, finalda Perto Rika idmançısı ilə qarşılaşacağını gözləmirmiş: “Həlledici görüşdə gürcü və ya belaruslu güləşçinin çıxmağı daha real idi. Lakin mən bu mərhələdə puerto-rikalını gözləmirdim. 1 il idi məşqlərə ara vermirdik və bunun bəhrəsini gördük. Çünki qızıl medalı qazanmaq vaxtı çatmışdı. Sevinirəm ki, burada mənim də əməyim oldu”.
Olimpiadada asan rəqibin olmadığını deyən dünya çempionumuz bütün görüşlərinin gərgin keçdiyini bildirib. Onun sözlərinə görə, Olimpiya çempionluğundan sonra yaxşı istirahətə ehtiyac var: “Müəyyən müddətdir məşqlərimizə ara vermirdim. Hələlik, gələcəklə bağlı onu deyə bilərəm ki, yaxşı istirahət edəcəyəm”.

2666