Olimpiada-2012: Azərbaycana daha bir qızıl medal!
Azərbaycan London Olimpiadasında ikinci qızıl medalını qazanıb. “Apasport” saytının məlumatına görə, ikinci qızılı da ölkəmizə sərbəst güləşçimiz qazandırıb. Şərif Şərifov 84 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Puerto Riko idmançısına heç bir şans verməyib.
Qeyd edək ki, Azərbaycanın digər sərbəst güləşçisi Toğrul Əsgərov 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bununla da, Azərbaycanın Olimpiadada qazandığı medalların sayı 9-a çatıb. Onlardan 2-si qızıl, 2-si gümüş və 5-i bürüncdür.

4732