Olimpiada-2012: İki güləşçimiz finalda!
Bu gün London Olimpiadasının sərbəst güləş üzrə yarışında Azərbaycan yığmasının daha 3 idmançısı mübarizəyə aparır. Apasport.az saytının məlumatına görə, hər 3 pəhləvanımız günü medalla başa vurub, millimizin aktivindəki medalların sayını artırmaq gücündədir.
60 kq çəki dərəcəsində xalçaya çıxan Toğrul Əsgərov lk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb.
Görüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəlib. Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.
Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb.
Yarımfinalda amerikalı Koleman Skottla üz-üzə gəlmiş T. Əsgərov artıq finalda yarışacaq.
84 kq çəki dərəcəsində isə Şərif Şərifov da yarışa 1/8 finaldan qatılıb. O, ilk qarşılaşmasında türkiyəli İbrahim Bölükbaşını xalçaya dəvət edib.
Qarşılaşmanın birinci hissəsi təmsilçimizin xeyrinə başa çatıb – 3:1. Ardınca rəqib görüşdə tarazlıq yaratmaq istəsə də, Şərifov buna imkan verməyib. Bu dəfə də 5:3 hesabı ilə qələbə qazanan idmançımız növbəti mərhələyə yüksəlib.
1/4 finalda Şərif amerikalı Ceyk Herberti sınağa çəkib. O, ilk 2 döyüşündən fərqli, bu dəfə daha əla döyüş nümayiş etdirib. Birinci hissədə 4:1 hesablı qələbəyə sevinən təmsilçimiz ikinci hissədə 6 xal öndə olduğu üçün vaxtından əvvəl qalib olunub.
İdmançımızın yarımfinalda rəqibi iranlı Naser Laşqarini də məğlub edib.

2423