Olimpiada-2012: Fəridə Əzizova ilk görüşündə uduzdu
Azərbaycanın qadın taekvondoçusu Fəridə Əzizova 2012-ci il London Yay Olimpiya Oyunlarında ilk görüşünü məğlubiyyətlə başa vurub. Lent.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində yer alan 17 yaşlı idmançı 1/8 finalda kanadalı Karin Serjeriyə minimal hesabla uduzub – 0:1.
İlk hissə xalsız başa çatıb. İkinci hissədə Əzizovaya xəbərdarlıq edən hakim üçüncüsü hissədə Serjerinin başına endirilən zərbəyə biganə qalıb. Məşqçi Sun Mi Parkın etirazına isə mənfi cavab verilib. Əvəzində Serjeri 1 xal qazanaraq, görüşü qələbə ilə başa vurub.
Beləliklə, Əzizovanın ümidi yalnız bürünc medala qalıb. Bunun üçün Serjeri finaladək irəliləməyi bacarmalıdır.

1058