Olimpiada-2012: Qızıl ümidimizdən fiasko...
10 avqust 2012 14:08 (UTC +04:00)

Olimpiada-2012: Qızıl ümidimizdən fiasko...

Azərbaycanın kanoe üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarında uğursuzluğa düçar olub. Lent.az-ın məlumatına görə, 29 yaşlı kanoeçi 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə seçmə mərhələni sonuncu yerdə tamamlayıb.

Demyanenko start işarəsi verilərkən, yürüşə gec başlayıb. Nəticədə o, bütün rəqiblərindən geriyə düşüb. Finişədək kanoeçimizin heç olmasa, 1 rəqibini keçməyə cəhdləri nəticə verməyib. Nəticədə təmsilçimiz ilk “6-lığ”a düşə bilməyib və növbəti mərhələyə yüksələ bilməyən yeganə iştirakçı olub.

Qeyd edək ki, Valentin Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın qızıl medal ümidlərindən sayılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar