Olimpiada-2012: Useyn Bolt yenə tarixə düşdü
Lent.az-ın məlumatına görə, avqustun 5-də 100 metr məsafəyə qaçışda hamını üstələyən Bolt 200 metr məsafəyə də birinci çatıb.
19,32 saniyə nəticə göstərən atlet bu dəfə dünya rekordu qıra bilməyib. 26 yaşlı idmançı 2008-ci il Pekin olimpiadasında 19,30 saniyə nəticə ilə olimpiya, 2009-cu il dünya çempionatında 19,19 saniyə göstərici ilə dünya rekordu müəyyənləşdirib. Amma o, karyerasında ikinci dəfə 200 metr məsafəyə qaçış üzrə olimpiya çempionu olub. Bolt bu göstəriciyə nail olan ilk kişi atlet kimi tarixə düşüb.
Olimpiya çempionluqlarının sayını 5-ə çatdıran yamaykalı atlet verdiyi açıqlamada özünü canlı əfsanə saydığını bildirib. Boltun sözlərinə görə, çoxları onun uduza biləcəyini düşünsə də, artıq bu söz-söhbətlərə son qoyulmalıdır. O, 200 metr və 400 metr məsafəyə qaçış üzrə 4 qat olimpiya çempionu Maykl Consonla eyni səviyyədə olduğunu da vurğulayıb. Sprinter 200 metr məsafədə dünya rekordunu müəyyənləşdirə bilməməsinin səbəbini çiynindəki ağrılarla əlaqədar ən yaxşı fiziki hazırlıq səviyyəsində olmaması ilə əsaslandırıb.
Qeyd edək ki, London olimpiadasında 200 metr məsafəyə qaçışda gümüş və bürünc medalları da yamaykalı sprinterlər qazanıblar. Yohan Bleyk 19,44 saniyə nəticə ilə ikinci, Uorren Veyr 19,84 saniyə göstərici ilə 3-cü olub.

Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59