Mahir Şükürov xoşbəxt oldu - FOTO
Lent.az-ın məlumatına görə, artıq flaqmanla anlaşmaya imza atan təcrübəli müdafiəçi 22 nömrəli formanı götürüb.
Hazırda “Qarabağ”da məşqçi kimi çalışan Zaur Tağızadə də vaxtilə “Neftçi”də bu forma ilə çıxış edib. Onun adı komandanın avtobusunun üzərində əbədiləşdirilib. Şükürov yeni klubunun rəsmi saytına açıqlamasında deyib: “Mən “Neftçi”yə gəldiyim üçün xoşbəxtəm. Ölkənin ən titullu və köklü komandasında oynamaq hər bir futbolçunun istəyidir. Üstəlik “Neftçi” son iki mövsümdə çempionatın qızıl medallarına sahib olub və Azərbaycanı avrokuboklarda təmsil edir. “Neftçi” rəhbərliyinə və məşqçilər korpusuna minnətdaram ki, mənə etimad göstərib belə bir şansı veriblər. Komandama faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Mahir Şükürov 2006-2007-ci il mövsümündə də “Neftçi”də oynayıb.

918