Böyük Britaniya paytaxtına 114 idmançı ilə yollanmış Türkiyə yığması ilk qızıl medalına qovuşub. Taekvondoçu Sərvət Təzəgülün (68 kq) əldə etdiyi çempionluq qardaş ölkəni 66-cı mövqedən 38-ci pilləyə yüksəldib. Azərbaycan isə 46-cı pilləyə ensə də, medal sayında 2008-ci il Pekin olimpiadasındakı göstəricisini təkrarlayıb. Yarımfinala yüksələrək, ən azı “bürünc”ü təmin edən 2 boksçumuzu da nəzərə alsaq, yenə ölkəmizin aktivində 7 medal var. Fərq isə medal əyarındadır. 4 il öncə medallardan biri qızıl olmuşdusa, Londonda hələ də olimpiya çempionluğu qazananımız yoxdur. Ötən gün qadın güləşçimiz Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib olub. Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duetimiz medal şansını son anda əldən verib. Cütlüyümüz 4-cü yerlə kifayətlənib. Bədii gimnastımız Aliyə Qarayeva isə fərdi çoxnövçülük yarışlarında halqa və topla hərəkətlərin cəmində 55,800 xalla 5-ci yeri tutub. Qarayeva bu gün gürz və iplə də bacarığını nümayiş etdirəcək. 4 hərəkətin yekununda ilk “10-luğ”a düşəcək gimnastlar avqustun 11-də finalda çıxış edəcəklər.
Qeyd edək ki, indiyədək 302 dəst medaldan 239 dəsti sahibini tapıb. Ötən gün ABŞ Çini həm medal əyarı, həm də sayında qabaqlayaraq, liderliyə yüksəlib. Rusiya isə medal əyarında 4-cü pilləyə yüksəlib:
N | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | ABŞ | 39 | 25 | 26 | 90 |
2 | Çin | 37 | 24 | 19 | 80 |
3 | Böyük Britaniya | 25 | 13 | 14 | 52 |
4 | Rusiya | 12 | 21 | 23 | 56 |
5 | Cənubi Koreya | 12 | 7 | 6 | 25 |
6 | Almaniya | 10 | 16 | 11 | 37 |
7 | Fransa | 8 | 9 | 12 | 29 |
8 | Macarıstan | 8 | 4 | 3 | 15 |
9 | İtaliya | 7 | 6 | 6 | 19 |
10 | Avstraliya | 6 | 13 | 10 | 29 |
11 | Qazaxıstan | 6 | 0 | 3 | 9 |
12 | Yaponiya | 5 | 14 | 14 | 33 |
13 | Hollandiya | 5 | 5 | 6 | 16 |
14 | İran | 4 | 4 | 1 | 9 |
15 | KXDR | 4 | 0 | 1 | 5 |
16 | Belarus | 3 | 3 | 4 | 10 |
17 | Yamayka | 3 | 3 | 3 | 9 |
18 | Kuba | 3 | 3 | 2 | 8 |
19 | Yeni Zelandiya | 3 | 2 | 5 | 10 |
20 | Ukrayna | 3 | 1 | 6 | 10 |
21 | Cənubi Koreya | 3 | 1 | 1 | 5 |
22 | İspaniya | 2 | 7 | 2 | 11 |
23 | Rumıniya | 2 | 5 | 2 | 9 |
24 | Danimarka | 2 | 4 | 3 | 9 |
25 | Çexiya | 2 | 3 | 3 | 8 |
26 | Braziliya | 2 | 2 | 7 | 11 |
27 | Keniya | 2 | 2 | 3 | 7 |
28 | Polşa | 2 | 1 | 6 | 9 |
29 | Xorvatiya | 2 | 1 | 1 | 4 |
30 | İsveçrə | 2 | 1 | 0 | 3 |
31 | Efiopiya | 2 | 0 | 2 | 4 |
32 | Kanada | 1 | 5 | 10 | 16 |
33 | İsveç | 1 | 3 | 3 | 7 |
34 | Sloveniya | 1 | 1 | 2 | 4 |
35 | Gürcüstan | 1 | 1 | 1 | 3 |
35 | Norveç | 1 | 1 | 1 | 3 |
37 | Dominikan Respublikası | 1 | 1 | 0 | 2 |
38 | İrlandiya | 1 | 0 | 1 | 2 |
38 | Litva | 1 | 0 | 1 | 2 |
38 | Türkiyə | 1 | 0 | 1 | 2 |
41 | Əlcəzair | 1 | 0 | 0 | 1 |
41 | Qrenada | 1 | 0 | 0 | 1 |
41 | Venesuela | 1 | 0 | 0 | 1 |
44 | Kolumbiya | 0 | 3 | 3 | 6 |
45 | Meksika | 0 | 3 | 2 | 5 |
46 | AZƏRBAYCAN | 0 | 2 | 3 | 5 |
47 | Misir | 0 | 2 | 0 | 2 |
48 | Hindistan | 0 | 1 | 3 | 4 |
48 | Slovakiya | 0 | 1 | 3 | 4 |
50 | Ermənistan | 0 | 1 | 2 | 3 |
50 | Belçika | 0 | 1 | 2 | 3 |
50 | Monqolustan | 0 | 1 | 2 | 3 |
53 | Estoniya | 0 | 1 | 1 | 2 |
53 | İndoneziya | 0 | 1 | 1 | 2 |
53 | Malayziya | 0 | 1 | 1 | 2 |
53 | Serbiya | 0 | 1 | 1 | 2 |
53 | Tailand | 0 | 1 | 1 | 2 |
53 | Çin Taypeyi | 0 | 1 | 1 | 2 |
53 | Tunis | 0 | 1 | 1 | 2 |
60 | Botsvana | 0 | 1 | 0 | 1 |
60 | Bolqarıstan | 0 | 1 | 0 | 1 |
60 | Kipr | 0 | 1 | 0 | 1 |
60 | Finlandiya | 0 | 1 | 0 | 1 |
60 | Qvatemala | 0 | 1 | 0 | 1 |
60 | Portuqaliya | 0 | 1 | 0 | 1 |
66 | Yunanıstan | 0 | 0 | 2 | 2 |
66 | Moldova | 0 | 0 | 2 | 2 |
66 | Qətər | 0 | 0 | 2 | 2 |
66 | Sinqapur | 0 | 0 | 2 | 2 |
70 | Əfqanıstan | 0 | 0 | 1 | 1 |
70 | Argentina | 0 | 0 | 1 | 1 |
70 | Honq Konq | 0 | 0 | 1 | 1 |
70 | Səudiyyə Ərəbistanı | 0 | 0 | 1 | 1 |
70 | Küveyt | 0 | 0 | 1 | 1 |
70 | Latviya | 0 | 0 | 1 | 1 |
70 | Mərakeş | 0 | 0 | 1 | 1 |
70 | Puerto Riko | 0 | 0 | 1 | 1 |
70 | Tacikistan | 0 | 0 | 1 | 1 |
70 | Trinidad və Tobaqo | 0 | 0 | 1 | 1 |
70 | Özbəkistan | 0 | 0 | 1 | 1 |