Olimpiada-2012: Aliyə Qarayeva “5-lik”də
09 avqust 2012 19:52 (UTC +04:00)

Olimpiada-2012: Aliyə Qarayeva “5-lik”də

Lent.az-ın məlumatına görə, 24 yaşlı idmançı çoxnövçülük yarışlarına qatılıb.

24 iştirakçı arasında yer alan Qarayeva əvvəlcə halqa ilə çıxış edib. O, 27,450 xalla 7-ci olub. Ardından gimnastımız topla bacarığını göstərib. Bu dəfə 28,350 xal alan təmsilçimiz 3-cü olub. Beləliklə, iki hərəkətin cəmində 55,800 xal yığan Qarayeva günü 5-ci pillədə başa vurub.

İlk 4 yeri rusiyalı Darya Dmitriyeva (57,800) və Yevgeniya Kanayeva (57,625), eləcə də belaruslu Lyubov Çerkaşina (56,450) ilə cənubi koreyalı Yeon Cey Son (55,900) tutub.

Avqustun 10-da gimnastlar gürz və iplə hərəkətləri yerinə yetirəcəklər. 4 hərəkətin cəmində ilk “10-luğ”a düşəcək gimnastlar ertəsi gün baş tutacaq finala yüksələcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470

Oxşar yazılar