Olimpiada-2012: Qadın güləşində də qızıl medal olmadı
Lent.az-ın məlumatına görə, sonuncu xanım pəhləvanımız Yuliya Ratkeviç ¼ finalda məğlubiyyətə uğrayıb.
27 yaşlı idmançı yaponiyalı 2 qat olimpiya və 9 qat dünya çempionu Saori Yoşidoya uduzub. İlk hissədə ehtiyatlı güləşən Ratkeviç rəqibinin hücumlarından qorunmaq istəyib. Bununla belə, Yoşida onun ayağından tutaraq, 1 xallıq fənd işlətməyə müvəffəq olub. İkinci hissədə Ratkeviçin önə keçməsi üçün əlverişli imkanı olub. Lakin yaponiyalı güləşçi nəinki belaruslu legionerimizin əlindən ayağını xilas edib, hətta əks fənd işlədərək, 2 xal qazanıb.
Beləliklə, hər iki hissəni uduzan Ratkeviç ümidini bürünc medal uğrunda təsəlli görüşlərinə bağlayıb. Amma bunun üçün Yoşida yarımfinaldakı rəqibi Valeriya Jolobovanı (Rusiya) da məğlub edərək, finala yüksəlməlidir.

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24