Dünya çempionatı vaxtı Premyer Liqa oyunları təxirə salınmayacaq
Bu barədə Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
“Dünya çempionatının püşkü iyulun 6-da, Premyer Liqanınkı isə iyulun 14-də atılıb. Biz Premyer Liqanın püşkatma mərasimini keçirərkən, dünya çempionatının oyunlarının hansı tarixlərdə və hansı stadionlarda təşkil ediləcəyini bilirdik. Əgər mundial vaxtı klublarımızın bir-biri ilə oyun keçirməsi qeyri-mümkün olsaydı, elə Premyer Liqanın təqvimini tərtib edərkən, sentyabrın 22-dən oktyabrın 13-dək oyun daxil etməzdik” deyə Musayev bildirib.
Bununla belə, PFL prezidenti dünya çempionatı vaxtı Bakıda və Lənkərandakı oyunların keçirilmə yerlərində dəyişikliyin edilməsini mümkün sayıb. O, artıq klublarla bu barədə söhbətin də aparıldığını açıqlayıb: “Elə oyunlar olacaq ki, qarşılıqlı razılıq əsasında yerləri dəyişdiriləcək. Məsələn, paytaxt komandası ilə “Turan” Bakıda üz-üzə gəlməlidirsə, Tovuzda görüşəcəklər. İkinci dövrədə isə onlar paytaxtda görüşəcəklər. Eyni zamanda neytral meydan variantı da mümkündür. Yəni, “Xəzər Lənkəran” ev oyunlarını Yevlaxda keçirə bilər. Dünya çempionatı vaxtı bu məsələlərə tam aydınlıq gələcək”.
Qeyd edək ki, dünya çempionatının oyunları Bakıdakı Tofiq Bəhramov adına Respublika, “Şəfa”, 8-ci km, Bayıl qəsəbə stadionlarında və “Dalğa Arena”da, eləcə də Lənkərandakı mərkəzi stadionda keçiriləcək.
Elşən MƏMMƏDOV

882