Olimpiada-2012: Daha bir medal əldən getdi
09 avqust 2012 14:00 (UTC +04:00)

Olimpiada-2012: Daha bir medal əldən getdi

Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet 2012-ci il London Yay Olimpiya Oyunlarında medal şansını əldən verib. Lent.az-ın məlumatına görə, 2 nəfərlik qayıqla (C-2) mübarizə aparan cütlük 1000 metr məsafəyə final yürüşündə 4-cü yeri tutub.

Halbuki onlar startdan 750 metrlik bölümədək ilk 2 duet arasında olublar. Lakin həlledici bölümdə əvvəlcə Peter Kretşmer – Kurt Kuşela (Almaniya), ardından 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Andrey və Aleksandr Baqdanoviç qardaşları, ən sonda isə Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) dueti təmsilçilərimizi qabaqlayıb.

Nəticədə Bezuqlıy – Prokopenko dueti finişə 3 dəqiqə 37,219 saniyəyə çatıb və mükafatçılar sırasına düşə bilməyib. Kretşmer – Kuşela dueti 3 dəqiqə 33,804 saniyə nəticə ilə qızıl, Baqdanoviç qardaşları 3 dəqiqə 35,206 saniyə göstərici ilə gümüş, Korovaşkov – Pervuxin dueti isə 3 dəqiqə 36,414 saniyə ilə bürünc medala sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar