Çempionlar Liqası: “Fənərbağça” darmadağınla mərhələ adladı - NƏTİCƏLƏR
Lent.az-ın məlumatına görə, növbəti mərhələyə adlayan 14 komanda arasında Türkiyə vitse-çempionu “Fənərbağça” da var.
“Sarı-lacivərdlilər” evdə 1:1 hesablı heç-heçə etdikləri “Vasluy”u Rumıniyada darmadağın ediblər. Hesabı 12-ci dəqiqədə Caner Erkin açıb. Bundan 2 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdiriblər. “Xəzər Lənkəran”a keçidi baş tutmayan Mariuş Nikulae fərqlənib. 40-cı dəqiqədə Usman N Doye “Vasluy”u irəli çıxarmaq üçün ələ düşən fürsətdən yararlana bilməyib. Onun penalti zərbəsi dəqiq olmayıb. Fasilədən sonra Dirk Kuyt səhnəyə çıxıb. O, 71-ci və 76-cı dəqiqələrdə “dubl” edib. Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə Mussa Sou qoyub – 4:1.
Çempionlar Liqasında mərhələ adlayan digər klublar Sloveniya “Maribor”u, İsveç “Helsinqborq”u, İsrail “Hapoel”i, Şotlandiya “Seltik”i, Rumıniya ÇFR-i, Belçika “Anderlext”i, İsveçrə “Bazel”i, Danimarka “Kopenhagen”i, Yunanıstan “Panatinaikos”u və Kipr AEL-i, Belarus BATE-si, eləcə də Xorvatiya və Ukrayna “Dinamo”larıdır.
8 avqust
“Dudelanj” (Lüksemburq) – “Maribor” (Sloveniya) - 0:1
İlk oyun - 1:4
“Helsinqborq” (İsveç) – “Şlask” (Polşa) – 3:1
İlk oyun - 3:0
“Neftçi” (AZƏRBAYCAN) – “Hapoel” (Kiryat Şmona, İsrail) – 2:2
İlk oyun - 0:4
HİK (Finlandiya) – “Seltik” (Şotlandiya) – 0:2
İlk oyun - 1:2
“Slovan” (Çexiya) - ÇFR (Rumıniya) – 1:2
İlk oyun – 0:1
“Ekranas” (Litva) – “Anderlext” (Belçika) - 0:6
İlk oyun – 0:5
“Bazel” (İsveçrə) – “Molde” (Norveç) - 1:1
İlk oyun – 1:1
“Vasluy” (Rumıniya) – “Fənərbağça” (Türkiyə) – 1:4
İlk oyun - 1:1
“Brügge” (Belçika) – “Kopenhagen” (Danimarka) - 2:3
İlk oyun - 0:0
“Panatinaikos” (Yunanıstan) – “Mazervell” (Şotlandiya) - 3:0
İlk oyun - 2:0
“Partizan” (Serbiya) - AEL (Kipr) - 0:1
İlk oyun - 0:1
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şerif” (Moldova) - 4:0
İlk oyun - 1:0
7 avqust
“Feyenoord” (Hollandiya) – “Dinamo” (Kiyev, Ukrayna) - 0:1
İlk oyun - 1:2
“Debretsen” (Macarıstan) - BATE (Belarus) - 0:2

620