Olimpiada-2012: Tarix təkrarlanacaqmı?
09 avqust 2012 10:56 (UTC +04:00)

Olimpiada-2012: Tarix təkrarlanacaqmı?

Lent.az-ın məlumatına görə, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə həlledici yürüş Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Bu mərhələdə təmsil olunan ölkələr ötən il Macarıstanın Seqed şəhərindəki dünya çempionatının finalçılarıdırlar. Fərq isə ondadır ki, indi finalda 9 yox, 8 cütlük çıxış edəcək. Yəni, Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan) dueti olimpiadaya vəsiqə qazana bilməyib. Almaniyanı bu dəfə Stefan Holts – Tomaş Vılenjek dueti deyil, Peter Kretşmer - Kurt Kuşela cütlüyü təmsil edir. Qalan ölkələrin təmsilçiləri isə dəyişməyib.

Ötənilki dünya çempionatının finalında da Bezuqlıy – Prokopenko duetinin digər rəqibləri Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya), Maosinq Huanq – Li Kianq (Çin), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Serxuey Torres – Xose Karlos Bulnes (Kuba) olmuşdu. Həmin vaxt qızıl medalı 3 dəqiqə 31,070 saniyə nəticə ilə Holts – Vılenjek dueti qazanmışdı. İndi Kretşmer – Kuşela duetinin onları nə dərəcədə layiqincə əvəz edib-etməyəcəyi bilinmir. Seqeddəki dünya çempionatında gümüş medala 3 dəqiqə 31,952 saniyə göstərici ilə Bezuqlıy – Prokopenko dueti layiq görülmüşdü. Bürünc medal isə finişə 3 dəqiqə 32,264 saniyəyə çatan Dumitresku – Mixalaki duetinə qismət olmuşdu. Sonrakı yerləri çexiyalı (3:33.020), rusiyalı (3:34.292), belaruslu (3:35.282), kubalı (3:36.974) və çinli (3:40.262) duetlər tutmuşdu.

Görəsən, tarix təkrarlanacaqmı?
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013

Oxşar yazılar