Olimpiada-2012: Komandasının qələbəsinə dözmədi, öldü
08 avqust 2012 19:56 (UTC +04:00)

Olimpiada-2012: Komandasının qələbəsinə dözmədi, öldü

Lent.az-ın «lifenews»ə istinadən verdiyi məlumata görə, azarkeş komandasının qızıl medal qazandığı barədə xəbəri eşidəndən sonra infarktdan ölüb.

Böyük Britaniyanın Kolçestr şəhərində mühasib işləyən Ridman olimpiadanın heç bir yarışını buraxmamaq üçün bir çox aylar ərzində yarışlara bilet alırmış. O, yarışlara baxmaq üçün iş yerindən 2 həftəlik məzuniyyət də götürüb. O, avqustun 3-nə kimi keçirilən bütün yarışlara, o cümlədən açılış mərasiminə qatılıb, Tom Deyli, Rebekka Adlinqton, Maykl Felps kimi idmançıları gözləri ilə görüb.

Amma avqustun 3-də Böyük Britaniya komandasının velodromda qızıl medal alması sadiq azarkeşə düşməyib. Konrad Riçard qələbə xəbərinə dözməyərək vəfat edib. Onun meyiti yarış keçirildiyi stadionun ayaqyolunda tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1218

Oxşar yazılar