Olimpiada-2012: Atletimizin finaldakı bütün rəqibləri müəyyənləşdi
08 avqust 2012 19:27 (UTC +04:00)

Olimpiada-2012: Atletimizin finaldakı bütün rəqibləri müəyyənləşdi

Lent.az-ın məlumatına görə, həlledici yürüşdə start xəttinə 15 idmançı çıxacaq.

İbrahimovun rəqibləri efiopiyalı Yenev Alamirev, Haqos Gebrhvet və Dejen Gebremeskel, ABŞ təmsilçiləri Bernard Laqat, Lopes Lomonq və Qalen Rupp, keniyalı Tomas Pkemey Longosiva və İsia Kiplanqat Koeş, böyük britaniyalı Məhəmməd Fərəh, mərakeşli Abdalaati İquider, cibutili Mumin Qala, kanadalı Kameron Levins, meksikalı Xuan Luis Barrios, uqandalı Moses Ndiema Kipsiro olacaq.

Seçmə mərhələdə İbrahimovun yer aldığı birinci yarımqrupdan 5, ikinci yarımqrupdan isə 10 atlet finala yüksəlib. Onlar qaçış zamanı ən yüksək nəticə göstərənlərdir.

Qeyd edək ki, final mərhələsinin startı avqustun 11-də Bakı vaxtı ilə saat 23:30-da veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar