Çempionlar Liqası: “Neftçi” “Hapoel”ə 5 qol vurmaq arzusunda
Lent.az-ın məlumatına görə, Azərbaycan çempionunun rəqibi İsrailin Kiryat-Şmona şəhərini təmsil edən “Hapoel” olacaq.
Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək matç saat 21:00-da başlanacaq. Oyunu Martin Strömberqssonun rəhbərlik etdiyi isveçli hakimlər briqadası idarə edəcək.
Bir həftə öncə Hayfa şəhərində keçirilmiş ilk qarşılaşmada “Neftçi” böyük hesabla uduzub – 0:4. Biabırçı məğlubiyyətdən sonra klub rəhbərliyi təcili iclas çağıraraq, 3 futbolçunu – qapıçı Rauf Mehdiyev, makedoniyalı müdafiəçi İqor Mitreski və kapitan Rail Məlikovu transferə çıxarıb. Klub adından Azərbaycan xalqından üzr istənilib və cavab görüşündə layiqli çıxış edəcəklərinə dair söz verilib. Amma bütün bunlar “Neftçi”nin 0:4 hesablı məğlubiyyətin əvəzini çıxacağını deməyə əsas vermir. Çünki “Neftçi” mərhələ adlamaq üçün ya elə 4:0 hesablı qələbəyə nail olaraq penaltilər seriyasında, ya da 5 top fərqi ilə üstün olmalıdır. İstənilən halda, flaqmanı daha bir rəqiblə oyunlar gözləyir. “Hapoel” səddini keçsə, bu, Çempionlar Liqasının, keçməyəcəyi halda isə Avropa Liqasının “pley-off” mərhələsinə təsadüf edəcək.
“Neftçi”ni meydana yenə köməkçi-məşqçi Tərlan Əhmədov çıxaracaq. Komandanın yeni kapitanı isə yayda “Qarabağ”dan qayıdan Rəşad Sadiqov olacaq.
“Hapoel”ə gəldikdə, İsrail çempionu cavab görüşünə də məsuliyyətlə yanaşır. Digər tərəfdən, İsrail tərəfi komandanın təhlükəsizlik tədbirlərinə ciddi önəm verir. Oyun öncəsi mətbuat konfransına hətta jurnalistləri də yoxladıqdan sonra buraxıblar. Açıq məşqdən isə cəmi 15 dəqiqə - özü də yalnız bir istiqamətdən çəkiliş aparmağa icazə verilib. Eyni zamanda İsrail təhlükəsizlik orqanlarının əməkdaşları məşq öncəsi “Neftçi”nin paltardəyişmə otağını itlə yoxlayıblar. Bu isə klubumuzun rəhbərliyinin etirazına səbəb olub. “Hapoel”in qaldığı “Hilton” otelindən çölə çıxmasına da qadağa qoyulub.
Qeyd edək ki, “Neftçi” – “Hapoel” matçı AzTV vasitəsilə canlı yayımlanacaq.
Elşən MƏMMƏDOV

1070