Olimpiada-2012: Azərbaycan idmançısından gözlənilməz final!
08 avqust 2012 15:16 (UTC +04:00)

Olimpiada-2012: Azərbaycan idmançısından gözlənilməz final!

Lent.az-ın məlumatına görə, 22 yaşlı idmançı kişilər arasında 5000 metr məsafəyə qaçışda finala yüksəlib.

Seçmə mərhələdə İbrahimov finişə 13 dəqiqə 25,23 saniyəyə çatıb. Öz yarımqrupunda birinci yeri tutan atletimiz ən yaxın izləyicisi Məhəmməd Fərəhi (Böyük Britaniya) 0,36 saniyə geridə qoyub. Qaçışın son bölümünədək liderlər qrupunda gedən efiopiyalı legioner tədricən bütün rəqiblərindən irəli çıxıb.

Qeyd edək ki, final avqustun 11-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar