Çin aktivindəki medalların sayını daha da artırıb və ən yaxın izləyicisi ABŞ-ı geridə qoyub. Üçüncü yeri tutan təşkilatçı Böyük Britaniyaya qızıl medal sayında sayında nə Cənubi Koreya, nə də Rusiyanın çatması real görünmür.
Azərbaycana gəldikdə, ötən gün 4 təmsilçimiz mübarizəyə qoşulub. Atletimiz Layeş Abdullayeva 5000 metr məsafəyə qaçışda 15 dəqiqə 45,69 saniyə nəticə ilə 36 iştirakçı arasında 32-ci yeri tutub.
Yunan-Roma güləşində son medal ümidimiz Şalva Qadabadze (96 kq) keçirdiyi hər iki görüşü məğlubiyyətlə başa vuraraq, mükafatsız qalıb.
Əvəzində Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət kanoeçi duetimiz 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə seçmə mərhələni lider kimi tamamlayıb. Nəticədə cütlüyümüz birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici yürüş avqustun 9-da olacaq.
Hazırda ölkəmiz Ermənistan, Belçika və Hindistanla birgə 45 – 48-ci yerləri bölüşdürür.
Medal sıralaması:
N | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Çin | 34 | 21 | 18 | 73 |
2 | ABŞ | 30 | 19 | 21 | 70 |
3 | Böyük Britaniya | 22 | 13 | 13 | 48 |
4 | Cənubi Koreya | 12 | 5 | 6 | 23 |
5 | Rusiya | 10 | 18 | 20 | 48 |
6 | Fransa | 8 | 9 | 11 | 28 |
7 | İtaliya | 7 | 6 | 4 | 17 |
8 | Almaniya | 6 | 14 | 7 | 27 |
9 | Qazaxıstan | 6 | 0 | 1 | 7 |
10 | Hollandiya | 5 | 3 | 6 | 14 |
11 | Avstraliya | 4 | 12 | 9 | 25 |
12 | İran | 4 | 3 | 1 | 8 |
13 | Macarıstan | 4 | 2 | 3 | 9 |
14 | KXDR | 4 | 0 | 1 | 5 |
15 | Kuba | 3 | 3 | 1 | 7 |
16 | Belarus | 3 | 2 | 3 | 8 |
17 | Yeni Zelandiya | 3 | 1 | 5 | 9 |
18 | CAR | 3 | 1 | 0 | 4 |
19 | Ukrayna | 3 | 0 | 6 | 9 |
20 | Yaponiya | 2 | 13 | 14 | 29 |
21 | Rumıniya | 2 | 5 | 2 | 9 |
22 | Danimarka | 2 | 4 | 2 | 8 |
23 | Braziliya | 2 | 1 | 5 | 8 |
23 | Polşa | 2 | 1 | 5 | 8 |
25 | Yamayka | 2 | 1 | 1 | 4 |
26 | Xorvatiya | 2 | 1 | 0 | 3 |
27 | Efiopiya | 2 | 0 | 2 | 4 |
28 | İspaniya | 1 | 4 | 1 | 6 |
29 | Kanada | 1 | 3 | 7 | 11 |
30 | İsveç | 1 | 3 | 3 | 7 |
31 | Çexiya | 1 | 3 | 1 | 5 |
32 | Keniya | 1 | 2 | 2 | 5 |
33 | Sloveniya | 1 | 1 | 2 | 4 |
34 | Gürcüstan | 1 | 1 | 1 | 3 |
35 | Dominikan Respublikası | 1 | 1 | 0 | 2 |
35 | İsveçrə | 1 | 1 | 0 | 2 |
37 | Litva | 1 | 0 | 1 | 2 |
38 | Əlcəzair | 1 | 0 | 0 | 1 |
38 | Qrenada | 1 | 0 | 0 | 1 |
38 | Venesuela | 1 | 0 | 0 | 1 |
41 | Meksika | 0 | 3 | 2 | 5 |
42 | Kolumbiya | 0 | 3 | 1 | 4 |
43 | Misir | 0 | 2 | 0 | 2 |
44 | Slovakiya | 0 | 1 | 3 | 4 |
45 | AZƏRBAYCAN | 0 | 1 | 2 | 3 |
45 | Ermənistan | 0 | 1 | 2 | 3 |
45 | Belçika | 0 | 1 | 2 | 3 |
45 | Hindistan | 0 | 1 | 2 | 3 |
49 | Estoniya | 0 | 1 | 1 | 2 |
49 | İndoneziya | 0 | 1 | 1 | 2 |
49 | Monqolustan | 0 | 1 | 1 | 2 |
49 | Norveç | 0 | 1 | 1 | 2 |
49 | Serbiya | 0 | 1 | 1 | 2 |
49 | Tunis | 0 | 1 | 1 | 2 |
55 | Kipr | 0 | 1 | 0 | 1 |
55 | Finlandiya | 0 | 1 | 0 | 1 |
55 | Qvatemala | 0 | 1 | 0 | 1 |
55 | Malayziya | 0 | 1 | 0 | 1 |
55 | Tailand | 0 | 1 | 0 | 1 |
55 | Çin Taypeyi | 0 | 1 | 0 | 1 |
61 | Yunanıstan | 0 | 0 | 2 | 2 |
61 | Moldova | 0 | 0 | 2 | 2 |
61 | Qətər | 0 | 0 | 2 | 2 |
61 | Sinqapur | 0 | 0 | 2 | 2 |
65 | Argentina | 0 | 0 | 1 | 1 |
65 | Honq Konq | 0 | 0 | 1 | 1 |
65 | Səudiyyə | 0 | 0 | 1 | 1 |
65 | Küveyt | 0 | 0 | 1 | 1 |
65 | Mərakeş | 0 | 0 | 1 | 1 |
65 | Puerto Riko | 0 | 0 | 1 | 1 |
65 | Trinidad və Tobaqo | 0 | 0 | 1 | 1 |
65 | Türkiyə | 0 | 0 | 1 | 1 |
65 | Özbəkistan | 0 | 0 | 1 | 1 |