Futbol üzrə İtaliya çempionatının 24-cü turunda keçirilən “Yuventus” - “Breşiya” oyunundan öncə maraqlı hadisə yaşanıb.
Lent.az-ın məlumatına görə, Turin klubu sadiq azarkeşini 100 illik yubileyi münasibətilə təbrik edib.
Matçdan əvvəl komandanın qocaman fanatı olan Silvio Fassona “Yuventus”un forması hədiyyə olunub. Formanın üzərində 1 əsr yaşayan yubilyarın adı və onun yaşını əks etdirən “100” əks olunub.
Qeyd edək ki, “qoca sinyora”nın Fassona digər hədiyyəsi isə oyunda qələbə qazanması olub. Qarşılaşma “Yuventus”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.