“Trabzonspor”un baş məşqçisi məlum oldu
02 avqust 2020 22:28 (UTC +04:00)

“Trabzonspor”un baş məşqçisi məlum oldu

 

Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Super Liqa təmsilçisi açıqlayıb.

Trabzon klubunu Eddi Nyuton çalışdıracaq. Digər namizədlər, o cümlədən Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparan klub sonda seçimini bunadək əsas komandada köməkçi məşqçi vəzifəsini tutan 48 yaşlı ingiltərəli mütəxəssisin üzərində dayandırıb.

Vaxtilə İngiltərə təmsilçiləri “Çelsi” və “Vest Bromviç”də də köməkçi məşqçi və skaut kimi çalışmış Nyuton karyerasında ilk dəfə komandaya rəhbərlik edəcək. Baxmayaraq ki, ötən mövsümün son iki oyununda “Trabzonspor”u meydana çıxarıb. Super Liqada çempionluq şansını qaçırdığı üçün postundan ayrılan Hüseyn Çimşirin istefasından sonra komandanı iki matçda Nyuton rəhbərlik edib. Trabzonlular onun rəhbərliyi altında son çempionat matçında “Kayserispor”u 2:1, kubokun finalında “Alanyaspor”u 2:0 hesabı ilə yenib. Onun öz məşqçilər korpusunu İngiltərədən gətirəcəyi gözlənilir.

Qeyd edək ki, Nyuton uzun illər formasını geyindiyi “Çelsi”də köməkçi məşqçi kimi Çempionlar Liqasının 2011/12 mövsümünün qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4069
avatar

Oxşar yazılar