Madrid “Real”ının futbolçusu Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər.
Lent.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi “Milan”ın maraq dairəsinə düşüb.
“Rossonyerlər” təcrübəli futbolçunu cari mövsümün sonunda transfer etməyi düşünürlər. Bildirilir ki, Modriç də dəyişikliyə qarşı deyil. O, yayda “Real”ın yeni oyunçular alacağını göz önünə gətirərək, ehtiyatda oturmaqdan ehtiyatlanır. Bu səbəbdən də Modriç “Milan”ın təklifini dəyərləndirmək barədə düşünür.
Qeyd edək ki, L.Modriç 2012-ci ildən “Real”ın formasını geyinir. O, La Liqanın cari mövsümündə 17 oyunda 3 qola imza atıb.