“Borussiya”da icarə əsasında çıxış edən Əşrəf Hakimi transfer hüququ məxsus olan “Real”a qayıtmağa razıdır.
Lent.az-ın “Telefoot”a istinadən məlumatına görə, mərakeşli müdafiəçi hər şeyin Madrid klubunun istəyindən asılı olduğunu bildirib.
“Peşəkar futbolçu kimi formalaşmağımda Zinəddin Zidanın rolu olub, məndə özünəinam hissini o yaradıb. Buna görə Zidana minnətdaram. Madrid mənim evimdir. Orda yaşamaq, futbol oynamaq çox xoşuma gəlir. Klub qayıtmağımı istəsə, qayıdacağam. Əks təqdirdə başqa komanda ilə arzularımı gerçəkləşdirməyə çalışacağam”, - Hakimi bildirib.
Qeyd edək ki, 2018-ci ildən Dortmund klubunda icarədə olan Əşrəf “Borussiya”nın heyətində Bundesliqanın cari mövsümündə 25 oyunda 3 qol vurub.