"Qarabağ" - "Vilyarreal" oyununun hakimləri açıqlandı
27 oktyabr 2020 13:21 (UTC +04:00)

"Qarabağ" - "Vilyarreal" oyununun hakimləri açıqlandı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İspaniya klubu “Vilyarreal”la keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Azərbaycan çempionunun İstanbulun ev sahibliyi edəcək qarşılaşmada ədaləti qoruyacaq referilərin adlarını açıqlayıb.

“Başakşəhər Fatih Terim” stadionundakı matçı çexiyalı Pavel Orel idarə edəcək. Onun köməkçiləri həmyerliləri Peter Blajez və Yiri Kriş olacaq. Dördüncü hakim funksiyasını Andrey Peçanek yerinə yetirəcək.

Hakimlərin işinə gürcüstanlı hakim-inspektor Levan Paniaşvili qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə Anna Bordyuqova (Ukrayna) olacaq.

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək “Qarabağ” – “Vilyarreal” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117
avatar

Oxşar yazılar