“Mançester Yunayted”in yarımmüdafiəçisi Nemanya Matiç karyerasını İspaniyada davam etdirə bilər.
Lent.az-ın məlumatına görə, serbiyalı xavbeklə “Atletiko” yaxından maraqlanır.
Madrid klubunun baş məşqçisi Dieqo Simeone rəhbərliklə söhbətində Matiçin oyununu çox bəyəndiyini və onu ixtiyarında görmək istədiyini bildirib. İspanlar 31 yaşlı futbolçu ilə danışıqlara start veriblər. “Atletiko” bu keçidi mövsümün sonunda reallaşdırmaq arzusundadır.
Qeyd edək ki, N.Matiç 2017-ci ildən “Mançester Yunayted”in formasını geyinir. O, “mankunianlar”ın heyətində bu vaxta qədər 109 oyunda 4 qola imza atıb.