“Mançester Siti” məni qova bilər” - Qvardiola
13 fevral 2020 13:12 (UTC +04:00)

“Mançester Siti” məni qova bilər” - Qvardiola


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola maraqlı açıqlama verib. 

Lent.az-ın məlumatına görə, təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının 1/8 finalında “Real”la keçiriləcək oyunlara toxunub.

Pep mərhələni keçə bilməyəcəkləri təqdirdə, klub rəhbərliyinin onunla əməkdaşlığı dayandıracağını istisna etməyib: “Mən Çempionlar Liqasının kubokunu qazanmaq istəyirəm. Hazırkı məqsədim budur və “Real”la oyunlara komandanı lazımi qaydada hazırlaşdırıram. “Real”a qalib gələ bilməsək, “Mançester Siti”nin prezidenti və ya idman direktoru yaxınlaşıb mənə deyə bilər: “Artıq bəsdir. Çempionlar Liqasını udmaq istəyirik, buna görə də səni qovuruq”. Bir sözlə, hər şey mümkündür”.

Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma fevralın 26-da Madriddə, cavab görüşü isə martın 17-də Mançesterdə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2059
avatar

Rizvan Babayev

Oxşar yazılar