“Liverpul”un braziliyalı futbolçusu Roberto Firmino karyerasını yenidən Almaniyada davam etdirə bilər.
Lent.az-ın məlumatına görə, 28 yaşlı hücumçunun xidmətində “Bavariya” maraqlıdır.
Münhen klubu Firminonun keçidini yay “transfer pənrəcəsi” zamanı həll etmək niyyətindədir. Vaxtilə Almaniyada “Hoffenhaym”ın formasını geyinmiş Robertonun yenidən bu ölkəyə qayıtmaq ehtimalı yüksək dəyərləndirilir. “Bavariya” rəhbərliyi bu transferin baş tutması üçün 75 milyon funt-sterlinq xərcləməyə hazırdır.
Qeyd edək ki, Braziliya yığmasının üzvü 2015-ci ildən “Liverpul”un formasını geyinir. O, “qırmızılar”ın heyətində bu vaxta qədər 228 oyunda 76 qola imza atıb.