“İnter”in hücumçusu: “Yuventus”a keçə bilərdim”
29 yanvar 2020 11:21 (UTC +04:00)

“İnter”in hücumçusu: “Yuventus”a keçə bilərdim”


İtaliyanın “İnter” klubunun hücumçusu Romelu Lukaku maraqlı açıqlama verib. 

Lent.az-ın məlumatına görə, o, ötən ilin yayında “neradzurra” ilə yanaşı, “Yuventus”dan da təklif aldığını açıqlayıb.

“Yayda “Mançester Yunayted”dən ayrılacağımı dəqiqləşdirmişdim. Həmin vaxt 2 variantım var idi: “Yuventus” və “İnter”. Milan təmsilçisinə keçmək istədim və bu barədə agentimə xəbər verdim. O, mənə danışıqların baş tutduğunu deyəndə çox sevindim”, - R.Lukaku bildirib.

Belçikalı hücumçu “İnter”in cari mövsümdəki hədəflərindən də söz açıb: “Bura qədər pis gəlməmişik. Bundan sonra səhv edə bilmərik. Güclü komandamız var. Baş məşqçimiz qələbə üçün nə etməli olduğumuzu yaxşı bilir”.

Qeyd edək ki, “İnter”in heyətində A Seriyasının cari mövsümündə 20 oyunda iştirak edən Romelu Lukaku 14 qola imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488

Oxşar yazılar