“Çelsi” klubu hücumçusu Mişi Batşuayi ilə yolları ayırmağa hazırdır.
Lent.az-ın “The Sun” nəşrinə istinadən məlumatına görə, London klubu hücumçunun transfer qiymətini açıqlayıb.
Belçika yığmasının üzvünü heyətinə qatmaq istəyən klub 23 milyon avrosundan keçməlidir. Batşuayinin “zadəganlar”la qüvvədə olan müqaviləsinin müddəti gələn ilina yayına qədərdir. 26 yaşlı forvardla “Aston Villa”nın yaxından maraqlandığı bildirilir.
Qeyd edək ki, 2016-cı ildən “Çelsi”nin üzvü olan Mişi Batşuayi Dortmund “Borussiya”sı, “Valensiya” və “Kristal Pelas”da icarə əsasında oynayıb.