“Barselona” rəhbərliyi klubun idman direktoru Erik Abidalla bağlı qərar verib.
Lent.az-ın məlumatına görə, sabiq fransalı müdafiəçi Kataloniya təmsilçisində fəaliyyətini davam etdirəcək.
Komandanın kapitanı Lionel Messi ilə gözlənilmədən konflikt yaşayan Abidal “Barsa”nın prezidenti Xosep Bartomeunun qəbulunda olub. Bartomeu onun dilə gətirdiyi arqumentləri anlayışla qarşılayıb və Abidalı postunda saxlamağı lazım bilib.
Qeyd edək ki, Abidal əksər futbolçuların “Barsa”nın sabiq baş məşqçisi Ernesto Valverdenin vaxtında çox çalışmadığını, Messi isə cavabında Abidalın konkret ad çəkməli olduğunu bildirmişdi.