“Barselona” ciddi itki ilə üzləşdi
11 sentyabr 2020 15:15 (UTC +04:00)

“Barselona” ciddi itki ilə üzləşdi

İspaniya La Liqasında yeni mövsümün hazırlıqlarını davam etdirən “Barselona” klubu ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, gənc hücumçu Ansu Fati bugünkü məşq zamanı zədələnib.

Sağ baldır əzələsində ağrılar hiss edən 18 yaşlı forvardın durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək. İspaniya millisinin üzvünün meydanlara dönüşü sağalma prosesindən asılı olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2644

Oxşar yazılar