Sabah gözlənilən havayla əlaqədar-XƏBƏRDARLIQ
17 dekabr 2023 10:56 (UTC +04:00)

Sabah gözlənilən havayla əlaqədar-XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, temperaturun xeyli enəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır.

Lent.az-ın xəbərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir: "Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5709
avatar

Oxşar yazılar

Günün hava proqnozu

Günün hava proqnozu

16 iyul 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

15 iyul 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

15 iyul 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

14 iyul 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

14 iyul 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

13 iyul 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

13 iyul 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

12 iyul 2024 , 20:30