Atmosfer qasırğası nəticəsində Kamçatkanın paytaxtı Petropavlovska qar yağıb.
Lent.az xəbər verir ki, paytaxt Petropavlovskda mayın 30-da bütün gün ərzində pis hava şəraiti davam edəcək.
Mütəxəssislərin fikrincə bu, son 20 ildə Kamçatkanın paytaxtına isti aylarda yağan ilk qar deyil. Bundan əvvəl də 1995-ci ilin 4 iyun tarixində paytaxta qar yağıb.
Bu ərazidə ən gec yağan qar isə 1969-cu ilil iyun ayının 8-dən 9-na keçən gecə yağıb. Buna baxmayaraq may ayının 30-u tarixində də qar yağması o qədər də tipik hadisə deyil.
Hava şəraiti ilə əlaqədar Kamçatka hava limanından bir neçə təyyarə reysi təxirə salınıb.