Zorlamada ittiham olunan futbolçu  zaminə buraxılmadı
21 fevral 2023 14:40 (UTC +04:00)

Zorlamada ittiham olunan futbolçu zaminə buraxılmadı

Zorlamada ittiham olunan braziliyalı futbolçu Dani Alveş zaminə buraxılmayacaq. 

Lent.az bildirir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Məhkəmə vəkillərin idmançının azadlığa buraxılması tələbini rədd edib. Beləliklə, Alveş məhkəməyə qədər həbsdə qalacaq. Hələlik məhkəmənin vaxtı açıqlanmayıb.

Daha əvvəl Alveş istintaq zamanı ifadəsini tez-tez dəyişməsinin səbəbini izah edib. “Həqiqət budur ki, mən bu qızı qorumaq istəyirdim. O, düz mənə tərəf gəldi. Mən ona toxunmadım”, - futbolçu deyib.

Fevralın 10-da Alveş zorlama qurbanı ilə cinsi əlaqədə olduğunu etiraf edib. Eyni zamanda, yanvarın 20-də həbs edilən 39 yaşlı idmançı razılığın qarşılıqlı olduğunu, onun tərəfindən heç bir zorakılıq olmadığına təkid edir. Eyni zamanda həkimlər qızda müqavimət göstərən xəsarətlərin olduğunu təsdiqləyiblər.

Alveş dünyanın ən titullu futbolçusudur. O, Fransa, İtaliya, İspaniya çempionu olub və bu ölkələrin ölkə kuboklarını qazanıb. Braziliya milli komandasının tərkibində müdafiəçi Olimpiya Oyunlarının və Gənclər arasında Dünya Çempionatının qalibi olub, həmçinin hərəyə iki dəfə Amerika Kubokunu və Konfederasiyalar Kubokunu qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Oxşar yazılar