Ziya Bünyadovu öldürəni  azadlığa buraxdıracaqmış - HƏBS EDİLDİ
30 dekabr 2025 12:12 (UTC +04:00)

Ziya Bünyadovu öldürəni azadlığa buraxdıracaqmış - HƏBS EDİLDİ

0

Dövlətə xəyanətdə ittiham olunan Akif Bağırovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Akif Bağırov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Akif Əlimirzə oğlu Bağırovun mərhum akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə külli miqdarda pul vəsaitini rüşvət qismində verməyə cəhd etməkdə ittiham edildiyi bildirilir.

Akif Bağırov vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan vətəndaşına verib və bu vəsaitlər DTX-də başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.

O, Cinayət Məcəlləsinin 29, 312.2 (rüşvət verməyə cəhd) və 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar