Zərdabda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
70 yaşlı Əminə Gəray qızı Musdəliyeva yaşadığ evdə sirkə turşusu içərək zəhərlənib və xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.