Zərdabda 19 gün əvvəl  qəzada yaralanan qadın Bakıda öldü
10 noyabr 2025 13:10 (UTC +04:00)

Zərdabda 19 gün əvvəl qəzada yaralanan qadın Bakıda öldü

0

Zərdabda qəzada xəsarət alan qadın xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, hadisə oktyabrın 21-də Şıxbağı kəndində qeydə alınıb.

Mayılov Rafiq Qələndər oğlunun “Kia Rio” markalı avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücü və sərnişinləri - Zeynalov Əli Əbdüləli oğlu, Zeynalova Leyla Mösüm qızı və Mayıllı Aysu Rafiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan Leyla Zeynalova Kliniki Tibbi Mərkəzdə görülən tədbirlərə baxmayaraq, noyabrın 9-da dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar