Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1987-ci il təvəllüdlü Camal Əfəndi oğlu İsmayılov idarə etdiyi “Nissan” markalı 90 DA 629 dövlət nömrə nişanlı dövlət nömrə nişanlı minik avtomobili il hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını beton maneəyə çırpıb.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan C.İsmayılov hadisə yerində ölüb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan C.İsmayılovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət yanğından mühafizə hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.