Türkiyənin zəlzələ baş vermiş 12 vilayətindən təxliyə edilən Azərbaycan vətəndaşları Gürcüstan vasitəsilə Vətənə gətiriliblər.
Lent.az APA-ya istinadən xəbər verir ki, təxliyə edilənlərdən təxminən 100 nəfəri "Qırmızı Körpü" sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olublar.
Təxliyə prosesi Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə baş tutub.
Gürcüstan vasitəsi ilə Türkiyədən ümumilikdə 205 Azərbaycan vətəndaşı təxliyə ediləcək.
Digər Azərbaycan vətəndaşları da hazırda Gürcüstan ərazisindədir və onların gecə saat 02:00-dək Azərbaycana daxil olacağı bildirilib.