Zəlzələdə həyatını itirən tələbələrin cənazələr ailələrinə təhvil verildi -FOTO -VİDEO
16 fevral 2023 04:30 (UTC +04:00)

Zəlzələdə həyatını itirən tələbələrin cənazələr ailələrinə təhvil verildi -FOTO-VİDEO

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş verən dəhşətli zəlzələ nəticəsində dağılan binanın altında qalan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazəsi vətənə gətirilib.

Lent.az xəbər verir ki, onların cənazəsi ailələrinə təhvil verilib.

Qeyd edək ki, Malatya şəhərində yerləşən İnönü Universitetinin Psixologiya fakültəsinin III kurs tələbəsi Samir Quliyev Gədəbəy rayonunun qəbristanlığında dəfn olunacaq.

Universitetin magistrantı Gündüz Nəzərzadə Sumqayıtda, eyni zamanda, 4-cü kurs tələbəsi Hümam İsmayıllı Sumqayıt şəhərinin Corat qəbristanlığında torpağa tapşırılacaq. 
Universitetin sonuncu kursunda təhsil alan Şahin Verdiyev Gəncədə dəfn olunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3443

Oxşar yazılar