Zaqatalada vəkilin avtomobili yandırıldı - VİDEO
17 oktyabr 2021 13:31 (UTC +04:00)

Zaqatalada vəkilin avtomobili yandırıldı - VİDEO

0

Zaqatalada minik avtomobili yanıb.

Lent.az-ın məlumatına görə, hadisə ötən gecə saat 03 radələrində Zaqatala şəhəri Sülh küçəsi 11 ünvanında qeydə alınıb. 

Zaqatala şəhər sakini Azər Həşim oğlu İsmayılova məxsus “Mersedes” markalı 62 BN 833 dövlət nömrə nişanlı minik avtomobilində dayandığı yerdə yanğın baş verib. Avtomobil baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hisssəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, yanan avtomobil vəkilə məxsusdur. O, hadisənin qəsdən törədildiyini iddia edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10636

Oxşar yazılar