Zaqatalada şəlaləyə gedən Bakı sakinləri  YOXA ÇIXDI  - YENİLƏNİB
24 iyul 2023 08:18 (UTC +04:00)

Zaqatalada şəlaləyə gedən Bakı sakinləri YOXA ÇIXDI - YENİLƏNİB

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Bildirib ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.

***

Saat 08:18

Zaqatalada iki yerli turist dağlarda itkin düşüb.

Lent.az APA-nın Şimal-qərb bürosuna istinadən xəbər verir ki, ötən gün iki nəfər şəxsiyyətləri hələki məlum olmayan yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şələləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüblər.

Turistlərin itkin düşməsi barədə Fövqaladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xətt xidmətinə və DİN-nin Zaqatala rayon Polis Şöbəsinə məlumat verilib.

Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 37104
avatar

Oxşar yazılar