Zaqatalada qadın zəhərlənərək ölüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Yolayrıc kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Hürüy Nurəddin qızı Əmirova yaşadığı evdən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.